Yeniyetmə pianino ifaçısı beynəlxalq müsabiqədə qalib olub

 

 

 

   1-3 dekabr tarixində Avstriyanın Vyana şəhərində keçirilən “Edelveys” beynəlxalq müsabiqəsində Naftalan şəhər Uşaq musiqi məktəbinin fortepiano şöbəsinin III sinif şagirdi Brilyant Məmmədli II yerin qalibi olub. Müsabiqənin diplomu ilə təltif edilən gənc istedad eyni zamanda Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III Respublika müsabiqəsinin laureatıdır. Musiqi məktəbinin müəlliməsi Xatirə Qəmxarovanın böyük əməyi nəticəsində uğurlara imza atan Brilyant Məmmədli müsabiqədə iştirakına dəstək olan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi, Qarabağ Azadlıq Təşkilatı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

  

   Lalə

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.11.