Qafqazda dinlər” kitabı ingilis dilində nəşr olunub

 

 

 

   “TEAS Press” Nəşriyyat Evi Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində ingilis dilində “Qafqazda dinlər” adlı kitab nəşr edib. Kitab London Şərq və Afrika Araşdırmaları Məktəbində keçirilən Beynəlxalq konfransın materialları əsasında tərtib olunub. Burada Qafqazda konfessiyaların tarixinə dair tanınan dünya və Azərbaycan ilahiyyatçıları, tarixçiləri, arxeoloq, etnoqraflarının məqalələri toplanıb.

   Məqalələr “Qədim konfessiyalar: zərdüştlük və iudaizm”, “Qafqazda xristianlıq”, “Qafqazda İslam”, “XIX-XX əsrin əvvəllərində Qafqazda konfessiyalar”, “Dinin ümumi problemləri” bölmələrində qruplaşdırılıb.

   AMEA-nın müxbir üzvü, Milli Aviasiya Akademiyasının kafedra müdiri Fəridə Məmmədovanın alban kilsəsi və onun yeparxiyaları, Frankfurt Universitetinin professoru Cost HippertinElmi Araşdırmalar Mərkəzinin (Fransa) direktoru, tarixfilologiya elmləri doktoru Bernard Utyenin alban yazısı, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Liana Melikişvilinin Gürcüstan apostol avtokefal kilsəsi, Ruan Universitetinin qədim tarix müəllimi Fransua Telyamonun Qafqazın yevangelizasiyası, Tarix İnstitutu, II Pavel İoann Yepiskop Universitetinin vitse-direktoru Martin Rezepkanın XIX əsrin birinci yarısında Qafqazda xristianlıq, AMEA-nın həqiqi üzvü, BDU-nun İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyevin Qafqazda islam və digər müəlliflərin məqalələri Qafqaz dinşünaslığına mühüm töhfədir. Kitabda Qafqazın ən mühüm dini təsisatlarına dair verilmiş illüstrasiyalar onu daha da zənginləşdirib.

   Kitab Qafqazda dinlərin keçmişimüasir vəziyyəti ilə maraqlananlar üçün dəyərli bir vəsaitdir.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.12.