Şostakoviçin 110 illiyi qeyd edilib

 

  

   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan 33 nömrəli uşaq musiqi məktəbində görkəmli rus bəstəkarı, pianoçu, pedaqoq Dmitri Şostakoviçin 110 illiyinə həsr edilmiş konsert proqramı təşkil olunub.

   Tədbirdə bəstəkarın yaradıcılığından söz açılıb. Bildirilib ki, o, simfoniyalarla yanaşı, 15 kvartetin müəllifidir, A.Blokun, M.Svetayevanın şeirlərinə incə, lirik vokal silsilələr bəstələyib. D.Şostakoviç xorvokal musiqi əsərləri üzərində də işləyib, filmlərə musiqi yazıb.

   Sonra şagirdlərin ifasında bəstəkarın fortepianoskripka alətləri üçün yazdığı əsərləri səslənib.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.14.