Muzeydə şəhidin xatirəsi yad edilib

 

 

 

   Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyində Qarabağ döyüşlərində həlak olmuş şəhid Sərhəd Zöhrəbəyovun 60 illiyi münasibətilə tədbir keçirilib.

   Muzeyin direktoru X.Nağıbəyova, baş fond mühafizi Nərminə Cəlilova və digər çıxış edənlər şəhidin həyatı və döyüş yolu haqqında danışıblar.

   Bildirilib ki, Sərhəd Zöhrəbəyov 1956-cı il 14 dekabr tarixində rayonun Yasab kəndində anadan olub. 1979-cu ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutunu bitirərək gənc mütəxəssis kimi təyinatla Bərdə rayonuna göndərilib, orada kənd təsərrüfatı müəssisələrində müxtəlif vəzifələrdə işləyib.

   Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. 1992-ci il avqustun 24-də qəhrəmancasına həlak olub. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə layiq görülüb. Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

 

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.15.