Xəzər dünya ədəbiyyatı jurnalının yeni sayında

 

 

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşri olan Xəzər dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsində Seçilmişlər rubrikasında Joze Saramaqonun Nobel nitqiKentavr hekayəsi, Azərbaycan ədəbiyyatı rubrikasında Elçinin Baş romanının davamı, Yubiley rubrikasında Afaq Məsudun Ramiz Rövşənə həsr olunmuş Ədəbiyyat və onun adamları məqaləsi və şairin şeirləri, Hekayə rubrikasında Avqust Strindberqin Məhəbbət və çörək, Pavel Vejinovun Mənim ilk günüm əsərləri yer alıb.

Nəşrin digər rubrikalarında Valter Skottun gündəliklərindən seçmələr, Alister Makleodun Qayıq hekayəsi, Leonid Andreyevin hekayələri, Con Faulzun Aristos silsiləsi, rotterdamlı Erazmusun deklamasiyası, Yusteyn Qorderin Portağal qız romanından parça, İvo Andriçin hekayələri və digər yazılar yer alır.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.15.