Abdulla Şaiq haqqında biblioqrafiya

 

 

 

   Dekabrın 15-də Azərbaycan uşaq ədəbiyyatının klassiki, görkəmli şair, nasir, dramaturq Abdulla Şaiqin mənzil-muzeyində “Abdulla Şaiq. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.

   Təqdimatda muzeyin direktoru Ülkər Talıbzadə bildirib ki, kitab F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “Uşaq ədəbiyyatı xəzinəsi” seriyası çərçivəsində nəşr edilib. Nəşrdə ədibin 1906-2016-cı illərdə çap edilmiş əsərləri və onun haqqında yazılı materialların biblioqrafiyası yer alıb.

   Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Solmaz Həyatova, Nəzakət Qafqazlı və başqaları kitabın əhəmiyyətindən danışıblar.

   Məktəblilərin ifasında A.Şaiqin yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.

   Biblioqrafiyanın tərtibçiləri Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova, ixtisas redaktoru və buraxılışa məsul Şəhla Qəmbərova, redaktoru Gülbəniz Səfərəliyeva, “Ön sözün müəllifi Alxan Bayramoğlu, rəyçiləri Kərim Tahirov və Ülkər Talıbzadədir.

   Sonda kitabın tərtibçilərinə Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomları təqdim edilib.   

 

  Lalə

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.15.