Ərəb qəzetində Qız qalası haqqında məqalə

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Fəcr qəzetində baş redaktor Şərif Əl-Bəsilin Azərbaycan haqqında məqalələri silsiləsindən Qız qalası haqqında məqaləsi dərc edilib.

Məqalədə Bakının qədim rəmzi olan Qız qalasının möcüzəvi tikili olduğu, abidənin 2000-ci ildə UNESCO-nun Dünya irsi siyahısına daxil edildiyi diqqətə çatdırılır.

Müəllif Bakıya gedən turistlərə Qız qalasını hökmən ziyarət etməyi və qalanın üzərindən xüsusən də qürub vaxtı yaranan mənzərəni seyr etməyi tövsiyə edir.

Məqalədə daşlarının hələ də min illərin sirlərini özündə qoruyub saxladığı bu sehrli qala haqqında çoxlu əfsanələrin gəzdiyi vurğulanır.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.2.