İstanbulda Şəhər hekayələri fotosərgisi

 

Sərgidə Bakı mənzərələrini əks etdirən fotolar da nümayiş olunur

İstanbulda PaşaBank-Türkiyənin təşkilatçılığı ilə Şəhər hekayələri mövzusunda fotosərgi açılıb. Sərgidə Bakı, İstanbulTbilisi şəhərlərinin tarixi, mədəniyyəti, müasir görünüşlərini əks etdirən nadir fotolar nümayiş etdirilir.

Mərasimdə çıxış edən PaşaBank-Türkiyənin icraçı direktoru Cenk Eynehan sərginin məqsədi və əhəmiyyətindən danışıb. Qeyd edilib ki, sərginin məqsədi sürətlə böyüyən və inkişaf edən Bakı, İstanbulTbilisinin mədəni dəyərlərini tanıtmaq, bu üç şəhərin oxşar mənzərələrini təbliğ etməkdir.

Sərgi dekabrın 31-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.3.