Uşaq musiqi məktəbinin 25 illik yubileyi qeyd edilib

 

 

 

   Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq musiqi məktəbinin 25 illik yubileyi münasibətilə tədbir keçirilib.

   Tədbir Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsi ilə başlanıb. Məktəbin yaranması, fəaliyyəti və qazandığı nailiyyətlər haqqında məlumat verilib.

   Daha sonra təqdim olunan konsertdə məktəbin şagirdlərinin ifasında M.ŞmitzinCaz”, İ.ŞtrausunPolka-Şal”, R.Hacıyev və F.Əmirovun əsərləri, eləcə də “Şur” təsnifi alqışlarla qarşılanıb. “Buta” qızlar ansamblının, nağaraçalanlar ansamblının, uşaq xor kollektivinin çıxışı, şagirdlərin ifasında Azərbaycan xalq rəqsləri də tədbirə rəng qatıb.

   Sonda məktəbin direktoru Vasif Heydərov yubiley münasibətilə kollektivi təbrik edib, xoş arzularını çatdırıb.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.3.