Müharibəyə yox deyək

 

Bakıda Azərbaycan Rəssamlar İttifaqının və Yeni İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Müharibəyə yox deyək adlı sərgi açılıb.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, dünyanın sülhsevər ölkələri müharibə əleyhinə tədbirlər keçirir, cəmiyyət üçün dinclik və əmin-amanlığın vacibliyini bildirirlər. Azərbaycan da bu baxımdan daim prinsipial mövqe nümayiş etdirir. Sərgidə nümayiş olunan əsərlərin mövzusu da bunu təsdiqləyir. Sərginin ekspozisiyasında 70-dən çox əsər nümayiş olunub.

Sonda gənc rəssamlara sertifikat və hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.4.