Sən məni anlamırsan

 

 

Dekabrın 21-də YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında Sən məni anlamırsan adlı sərgi açılıb. ADO teatr qrupunun iştirakı ilə gerçəkləşən sərgidə üç rəssam - Vüsal Rəhim, Vüqar QuliyevAysel Əmirovanın əl işləri təqdim olunur.

Bu, ziyarətçilərin başqasının cildinə daxil olmaqla, əsərlərin mənasını rəssamların baxış bucağından görməyə və anlamağa yönəlmiş eksperimental layihədir. Sərgi dekabrın 30-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.6.