Folklor paytaxtı”nda multikulturalizm mövzulu tədbir

 

 

   Qusar rayon Mərkəzi kitabxanasındaMultikulturalizm ili”nə 2016-cı ildə rayonun AzərbaycanınFolklor paytaxtıelan edilməsinə həsr olunmuş tədbir keçirilib.

   İştirakçılar əvvəlcə mövzu ilə bağlı kitab sərgilərinə, milli mətbəx folklor nümunələrinə baxış keçirib.

   MKS-nin direktoru Zahir MustafayevMultikulturalizm ili”ndə kitabxanalarda həyata keçirilən tədbirlər haqqında danışıb.

   Tədbirdə iştirak edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova, xidmət şöbəsinin müdiri Könül Niftiyeva tərəfindənKitabxanalar multikulturalizm dəyərlərinin daşıyıcısıdırmövzulu təqdimat olub.

   HəmçininFolklor paytaxtı Qusarmövzusunda metodiki vəsaitin çap elektron versiyasının təqdimatı keçirilib.

   YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Heydər Əliyev Mərkəzinin direktoru Neva Aydəmirova digər çıxış edənlər Azərbaycanda multikultralizmin ənənəvi yaşam tərzi olduğunu, Qusar rayonunda da müxtəlif millətlərin bir ailə kimi yaşadıqlarını vurğulayıblar.

   Tədbirdə Qusar Dövlət Ləzgi Dram Teatrı aktyorlarının, İncəsənət məktəbi şagirdlərinin və fəal oxucuların ifasında ləzgi folklor nümunələri və şeirlər səsləndirilib.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.11.