Qəhrəman jurnalistin xatirəsi yad edilib

 

 

   Oğuz rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi H.Babayev adına şəhər 1 saylı tam orta məktəbin VIII b sinfində Azərbaycanın Milli Qəhrəmanı, ilk şəhid qadın jurnalist Salatın Əsgərovanın anadan olmasının 55-ci ildönümü ilə əlaqədar görüş keçirib.

   Şöbənin müdiri N.Manafova çıxış edərək Salatın Əsgərovanın həyatı jurnalist fəaliyyətindən bəhs edib. Məktəbin tarix müəllimi H.Rəsulova şagirdlərə qadın Milli Qəhrəmanlar haqqında, dil-ədəbiyyat müəllimi T.Mirzəyeva isə N.XəzrininSalatınelegiya-poeması haqqında danışıb. Sonda mövzu ilə bağlı uşaqlarla sorğu keçirilib.

 

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.12.