Səməd Vurğuna həsr edilmiş müsabiqəyə yekun vurulub

 

 

   Dekabrın 27-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Zəka İşığında” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilmiş “Səməd Vurğun və aşıq müasirlərinin yaradıcılığında Vətən konseptinin öyrənilməsi və gənclər arasında vətənpərvərlik ideyasının təbliği” mövzusunda konfrans keçirilib.

   Konfrans AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Prezident yanında Bilik Fondu, Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) və Səməd Vurğunun ev-muzeyinin təşkilatçılığı ilə reallaşıb.

   Tədbirdə şairin yaradıcılığı ilə bağlı məruzələr dinlənilib.

   Konfrans çərçivəsində Səməd Vurğunun 110 illiyinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb. Qaliblərə “Zəka İşığında” İctimai Birliyinin diplompul mükafatları təqdim edilib.

  

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.2.