Azərbaycan və dünya xalqlarının rəqsləri təqdim olunub

 

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Multikulturalizm ilinə həsr olunmuş konsert keçirilib. Tədbirdə idarənin əməkdaşları, Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili və digər qonaqlar iştirak ediblər.

Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin Aysel rəqs kollektivinin ifasında Sarı gəlin, Dənizçi, Qarabağ, Qaraçı, Arzulardünya xalqlarının rəqsləri nümayiş olunub.

\

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.4.