Odlar yurdu”nun Yeni il festivalı

 

 

   Dekabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında «Odlar yurdu» rəqs klubunun təşkil etdiyi «Milli rəqs musiqi» Yeni il festivalının birinci konserti keçirildi. Rəqs həvəskarlarını bir araya gətirən bu konsertdə paytaxtın «Odlar yurdu», «Köhnə Bakı» rəqs ansamblları, Sumqayıt Uşaq Yaradıcılıq Mərkəzinin «Ümid» rəqs qrupu, İranın Tehran Təbriz şəhərlərindən gəlmiş rəqs kollektivləri çıxış etdilər. Əsasən Azərbaycan milli rəqsləri üzərində qurulmuş konsert proqramında «Şalaxo», «Naz eləmə», «Vağzalı-Mirzəyi», «Tərəkəmə» digər nömrələr, eləcə kiçik yaş qrupuna aid balaca rəqqasların çıxışları alqışlarla qarşılandı. «Odlar yurdu» ansamblının üzvləri isə Azərbaycan rəqsləri ilə yanaşı, həm dünya xalqlarının rəqslərini nümayiş etdirdilər. Konsert proqramında gənc müğənnilərin çıxışlarına yer verilmişdi. Sonda bütün iştirakçılara təşkilatçılar tərəfindən xatirə hədiyyələri, diplom təşəkkürnamələr təqdim edildi.

   Festivalın ikinci konserti dekabrın 30-da eyni məkanda keçiriləcək. «Odlar yurdu»nun növbəti qonaqları Gürcüstan Respublikasının rəqs kollektivləri olacaq.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.6.