“Getmək istəyirsən, bəhanəsiz get

 

 

   Ağdaş rayon Mərkəzi kitabxanası Mədəniyyət mərkəzi ilə birlikdə görkəmli şair Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyi münasibətilə “Getmək istəyirsən, bəhanəsiz get” adlı tədbir keçirib.

   Mədəniyyət mərkəzində baş tutan tədbirdə MKS-nin direktoru Seyfəddin Feyzullayev, şair Fəxrəddin Əsəd, rayon ziyalısı, ağsaqqal Rafiq Nəbiyev çıxış edərək mərhum şairin həyat və yaradıcılığına nəzər salıblar.

   Qiraət ustaları Rasim Seyidov, Sevgili İbrahimova, Camal Xəlilov, eləcə də şagirdlər şairin şeirlərindən nümunələr söyləyiblər. Müğənni Şahin Bəkirov şairin sözlərinə yazılmış mahnıları ifa edib.

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.7.