“Azərbaycanın mədəni sərvəti”

 

 

 

   Layihənin iştirakçılarına diplomsertifikatlar verildi

  

   Dekabrın 23-də Azərbaycan Xalça Muzeyində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində tədbir təşkil edildi.

   Muzeyin direktoru Şirin Məlikova tədbiri açaraq layihə haqqında məlumat verdi. Bildirdi ki, 24 oktyabr - 14 dekabr tarixlərində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində unudulmaqda olan parça və tikmə sənətinin inkişaf etdirilməsi, milli geyimlərin hazırlanması üzrə ustad dərsləri keçirilib. Dərsləri Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan dəvət olunmuş mütəxəssislər aparıb. “Azərbaycanın mədəni sərvəti” layihəsinin məqsədi unudulmaqda olan milli adət-ənənələrimizi yaşatmaqdan ibarətdir.

   UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə AğalarovaXalça Muzeyinin elmi-bərpa və konservasiya üzrə direktor müavini Yalçın Səlimov layihənin nəticələri barədə danışdılar.

   Qeyd etdilər ki, “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində tikmə və milli geyimlər üzrə ustad dərslərində həm muzeyin bərpaçıları, həm də ölkəmizdə fəaliyyət göstərən digər mədəniyyət ocaqlarının əməkdaşları, bu sahələr üzrə təhsil alan tələbələr iştirak edib və təcrübə mübadiləsi aparıblar. O da diqqətə çatdırıldı ki, layihə unudulmaqda olan əl sənəti işlərini qoruyub gələcək nəsillərə çatdırmaq, bu sahədə yeni kadrların yetişdirilməsinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir.

   Çıxışlar “Azərbaycanın mədəni sərvəti” layihəsini əks etdirən video-çarxla müşayiət olundu.

   Sonda “Azərbaycanın mədəni sərvəti” layihəsinin iştirakçılarına diplomsertifikatlar təqdim olundu.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.8.