Azərbaycanlı aktyor mükafata layiq görülüb

 

Sonuncu qısametrajlı filmində əsas rolu oynayan İdris Rüstəmov Livanda beynəlxalq festivalda Ən yaxşı aktyor mükafatına layiq görülüb. Festivalda 25 ölkədən 61 film iştirak edib. Azərbaycan kino tarixində Kann Beynəlxalq Film Festivalının qısametrajlı filmlərin rəsmi müsabiqə proqramında ilk dəfə məhz Sonuncu filmi ilə təmsil olunub. Ekran əsərinin ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu rejissoru Sergey Pikalov, quruluşçu operatoru Denis Madışev, prodüserləri Nəsib Piriyev, Maria İvanovaMüşfiq Hətəmovdur.

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.8.