ASAN Viza sisteminin tətbiqi müsbət təcrübədir

 

 

Mədəniyyət Turizm Nazirliyində ABŞ-ın ölkəmizdəki səfirinin müavini ilə görüş keçirilib

Dekabrın 22-də mədəniyyət turizm nazirinin müavini Nazim Səmədov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Uilyam Qill ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyət turizm sahələri üzrə əməkdaşlıq məsələləri, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar müzakirə olunub.

Söhbət zamanı Azərbaycan ABŞ arasında birbaşa təyyarə reyslərinin qarşılıqlı turist axınının intensivləşməsinə zəmin yaratdığı vurğulanıb, bu reyslərin nəinki Azərbaycan Respublikası vətəndaşları, həmçinin Azərbaycanla qonşu olan ölkələrin vətəndaşları tərəfindən istifadə olunduğu diqqətə çatdırılıb.

Həmçinin Azərbaycanda viza prosedurlarının sadələşdirilməsi istiqamətində görülən tədbirlər ASAN Viza kimi innovativ mexanizmin tətbiqi amerikalı diplomat tərəfindən müsbət təcrübə olaraq dəyərləndirilib.

Ölkəmizdə turizm təhsili sahəsində görülən işlərlə maraqlanan U.Qillə Azərbaycan Turizm Menecment Universiteti (ATMU), Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci haqqında məlumat verilib. Nazir müavini tərəfindən bir sıra ölkələrlə əməkdaşlıq edən ATMU ilə ABŞ-ın təhsil müəssisələri arasında gələcəkdə əlaqələrin qurulması təklif edilib.

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.9.