Bakının multikulturalizm tolerantlığı tarixə yazılacaq

 

 

Marina Loşak: Azərbaycan mədəniyyətlərarası dialoqun paytaxtına çevrilib. Müasirlik mədəni dəyərlərə hörmət bu ölkənin simvollarından biridir

Rusiyanın A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin direktoru Marina Loşak moscow-baku.ru portalına müsahibə verib. Bakının multikulturalizm tolerantlığı tarixə yazılacaq sərlövhəli müsahibədə ölkəmizin tarixi, incəsənəti ilə bağlı maraqlı fikirlər yer alıb.

Bu ilin sentyabrında Bakıda gerçəkləşən V Humanitar Forumun iştirakçısı olan M.Loşak Bakını dəbdəbəli şəhər adlandırır: Bu şəhərdə illər ərzində baş verən dəyişikliklər məni fantastik yenilikləri qarşılamaqda təəccübləndirmir. Bilirəm ki, bu şəhərə ilk dəfə gələn hər kəs böyük çaşqınlıq yaşayır. Şəhərin özünəməxsus dinamikası insanı darıxmağa qoymur, bura bir mədəniyyət paytaxtıdır.

Daha sonra direktor V Humanitar Forum barədə fikirlərini bölüşür. Bildirir ki, belə beynəlxalq tədbirləri keçirməklə Azərbaycan mədəniyyətlərarası dialoqun paytaxtına çevrilə bilib. Müasirlik və mədəni dəyərlərə hörmət bu ölkənin simvollarından biridir.

Azərbaycanın muzey işi sahəsində təcrübəsindən danışan qonaq YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Qız qalası ilə tanışlığından söz açır, muzeylərin müasir, qeyri-adi ekspozisiyainteryerini yüksək dəyərləndirir. Vurğulayır ki, günün tələblərinə cavab verən muzey quruculuğuinstalyasiya həm də qeyri-adi, yeni istiqamətlərə uyğun olaraq təqdim edilə bilən dekorativ incəsənət profilli sənət nümunələridir.

Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıqdan ayrıca bəhs edən M.Loşak ölkəmizdə muzeyin direktoru, professor Çingiz Fərzəliyevin simasında yeni bir dost qazandıqlarını diqqətə çatdırır.

O həmçinin Azərbaycanın tarixi məkanlarını çox sevdiyini qeyd edərək UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısına düşən Azərbaycan mədəniyyət nümunələri haqqında da fikirlərini bölüşür: Azərbaycan öz zəngin tarixi və mədəniyyəti ilə seçilən ölkədir. Xalçaçılıq, ipəkçilik, kəlağayı, zərgərlik məmulatları və digər sənət nümunələri xalqın keçmişindən xəbər verən yadigarlardır. Bakıya yolum düşdüyü zaman qədim ənənələri özündə əks etdirən bu sənət nümunələrindən mütləq almağa çalışıram və gündəlik ipək yaylıqlar, zinət əşyalarından istifadə etməyi xoşlayıram. Bu il təkcə paytaxt Bakıya deyil, Azərbaycanın şimal bölgəsinə də səfər etdimregionun özünəməxsus təbiəti, koloriti məni heyran etdi. Azərbaycan, sözün əsl mənasında, multikultural ölkədir. Burada milli azlıqların adət və mədəniyyətinə hörmət var. Çoxmillətli, tolerant, qarşılıqlı anlaşma şəraitində yaşayan insanlar bir-birinə dostcasına və hörmətlə yanaşırlar. Bəlkə də məhz bu amillər ölkənin tarixini və mədəniyyətini belə parlaq dərəcədə inkişaf etdirib.

Hazırladı: Lalə Azəri

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.12.