Səma rəqs ansamblının konserti

 

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Səma rəqs ansamblının Multikulturalizm ilinə həsr olunmuş hesabat konserti keçirilib.

Konsertdə ansamblın ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri nümayiş olunub. Müğənnilər Elza Seyidcahan, Ədalət Şükürov, cazmen Cavan Zeynallı, İzzət Bağırov, Niyam Salami, Günay İbrahimli, Səbinə Əsgərova, Nərminə Paşayeva, Free life rəqs qrupu öz ifaları ilə konsert proqramına xüsusi rəng qatıblar.

Konsertdə, həmçinin Gürcüstanın Xareba gürcü akademik ansamblı çıxış edib.

Sonda Səma rəqs ansamblı və gürcü qonaqlar fəxri fərman və diplomlarla təltif olunublar.

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.16.