Sumqayıtda gənc rəssamların fərdi sərgisi

 

 

Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhər Mədəniyyət və Turizm idarəsinin, Gənclər və İdman baş idarəsinin birgə dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il bayramı münasibətilə gənc rəssamlar Paşa Hüseynov və Fəridə Quliyevanın Gənclik və həmrəylik adlı fərdi sərgisi keçirilib.

Sərgini giriş sözü ilə qalereyanın direktoru Ellada Həsənova açaraq qonaqları və gənc rəssamları qarşıdan gələn bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Tədbirdə gənc rəssamlar Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif ediliblər.

Sonda Dostluq Mədəniyyət evinin Şahinlər rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri və özfəaliyyət kollektivi üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.16.