Mingəçevir Turizm Kollecində bayram şənliyi

 

 

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Yeni ilin gəlişini təntənə ilə qeyd edib. Kollecdə keçirilən bayram tədbirində Yeni il şənliyinin əsas atributları olan Şaxta baba Qar qız iştirakçıları bayram münasibətilə təbrik edib, tələbə müəllimlərə firavan həyat, uğurlu təhsil arzulayıblar.

Daha sonra kollecin direktoru professor Əyyub Əyyubov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb, 2017-ci ilin Azərbaycan üçün uğurlu il olacağına əminliyini bildirib.

Bayram şənliyində şeir mahnılar, rəqslər ifa olunub, musiqili-əyləncəli oyunlar, bilik yarışları keçirilib, milli yeməklərimiz təqdim edilib.

 

 

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.5.