Əli Nino” Rus Dram Teatrında səhnəyə çıxdı

 

   2016-cı il Qurban Səidin məşhurƏli Nino” romanı əsasında həm yeni bədii filmin, həm teatr tamaşasının ərsəyə gəlməsi ilə yadda qaldı.

   Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləMultikulturalizm iliçərçivəsində səhnələşdirilmişƏli Nino” tamaşasının premyerası dekabrın 24-də oldu. Əsərin səhnə variantını Valentina Reznikova qələmə alıb.

   Ötən əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələr, Bakının o dövrdəki mədəni ictimai həyatı fonunda azərbaycanlı əsilzadə Əli gürcü knyaginyası Ninonun məhəbbətindən bəhs edən tamaşaya rejissor İlqar Safat quruluş verib.

   Baş rolları Rüfət Nəzərov, Murad Məmmədov Həcər Ağayevanın ifa etdikləri səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Mədəniyyət.-2016.-30 dekabr.-s.7.