Bakıda tarix Avropanın Asiya dadından zövq alır

 

 

CNN Indonesia portalında paytaxtımızın turizm potensialı haqqında Bakı şəhərində tarix Avropanın Asiya dadından zövq alır başlıqlı məqalə yerləşdirilib.

Məqalədə Asiya ilə Avropanı birləşdirən Azərbaycanın paytaxtındakı İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah, Heydər Əliyev Mərkəzi, Bakı bulvarı və Alov qüllələri kimi tarixi və mədəni obyektlər haqqında ətraflı məlumat verilir.

Bakının ən təhlükəsiz şəhərlərdən biri olduğuna diqqət çəkilərək qeyd edilir ki, gecə işıqlarının bərq vurduğu bu şəhərdə hətta gecəyarısı belə turistlərin öz ailələri ilə birlikdə rahatlıqla gəzdiklərinin şahidi ola bilərsiniz. Yazıda həmçinin TripAdvisor dünya turizm portalının Bakını Asiyada turistlərin böyük üstünlük verdiyi bir nömrəli şəhər olaraq qeyd etdiyi oxucuların diqqətinə çatdırılır.

 

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.3.