Festival müsabiqələrlə zəngin musiqi mənzərəsi

 

   Yola saldığımız 2016-cı ildə Azərbaycan musiqi mədəniyyəti tarixinə yazıla biləcək rəngarəng tədbirlər, layihələr reallaşdırıldı, ənənəvi festivalların sırasına yeniləri əlavə olundu.

   İyunun sonunda Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan, 2016-cı ildəTürk dünyasının mədəniyyət paytaxtıadını qazanmış Şəkidə VII “İpək yoluBeynəlxalq Musiqi Festivalı keçirildi. Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivala tarixiİpək yolucoğrafiyasının müxtəlif ölkələrindən musiqi rəqs kollektivləri, sənətçilər qatıldı.

   9-10 iyul tarixində Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Bakıda “Sea Breeze” istirahət mərkəzində ilk dəfə keçirilən “JARA” beynəlxalq musiqili yay festivalı da böyük təntənəsi ilə yadda qaldı.

   Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 5-dək VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı növbəti dəfə dünyanın tanınmış musiqi kollektivlərini musiqiçilərini bir araya gətirdi. Festival çərçivəsində fortepiano ifaçılarının müsabiqəsi keçirildi.

   Sentyabrın 18-dən 27-dək Heydər Əliyev Fondu Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə səkkizinci dəfə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı gerçəkləşdi.

   Oktyabrın 22-dən 30-dək isə növbəti Bakı Caz Festivalı Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya Kolumbiyadan musiqiçiləri, eləcə Azərbaycanın tanınmış caz ifaçıları kollektivlərini bir araya gətirdi.

   Daha bir ənənəvi tədbir oktyabrdaKainatGənclik Mərkəzinin təşkilatçılığı, Gənclər İdman, Mədəniyyət Turizm nazirliklərinin, digər qurumların dəstəyi ilə gerçəkləşən 8-ci Beynəlxalq Uşaq Muğam Festivalı oldu. Bundan əlavə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən bədii təhsil müəssisələrinin şagirdləri arasında Xan Şuşinski adına III respublika muğam festivalı Gəncliyin səsifestivalı çərçivəsində növbəti tədbir keçirildi.

   * * *

   2016-cı il konsert mövsümündəZamanla üz-üzəbeynəlxalq layihəsi çərçivəsində Azərbaycan Dövlət Filarmoniyası Beynəlxalq Muğam Mərkəzində maraqlı musiqi axşamları təşkil edildi.

   ABŞ-ın San-Fransisko şəhərində Kronos festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz ƏlizadəninRəqsəsərinin premyerası keçirildi.

   İl ərzində bəstəkarlar, əməkdar incəsənət xadimləri Həsən Adıgözəlzadə, Mobil Babayev, Azər Dadaşov, Tahir Əkbər, Xalq artisti, professor Rauf Atakişiyevin, cazmen Rafiq Babayevin, xanəndə Bülbülcanın, görkəmli tarzən Sadıqcanın, Xalq artisti, tarzən Həbib Bayramovun yubileylərinə, həmçinin əməkdar incəsənət xadimləri Qəmbər Hüseynli, Zakir Bağırov Ədilə Hüseynzadənin 100 illiyinə həsr olunan tədbirlər 2016-cı ilin musiqi palitrasına öz əlvanlığını əlavə etdi.

   Bu il görkəmli müğənni Rəşid Behbudovun 100 illik yubiley təntənələrinə yekun vuruldu, həmçinin sənətkarın adını daşıyan Mahnı Teatrının qarşısında abidəsi ucaldıldı.

   Mədəniyyət Turizm Nazirliyi Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Qara Qarayev adınaTəhlil ifa edir gənc musiqiçiləradlı üçüncü respublika elmi-ifaçılıq müsabiqəsi, Habil Əliyev adına gənc kamança ifaçılarının I respublika müsabiqəsi gənclərin musiqi savadlarının artırılmasına xidmət edirdi.

   Ölkəmiz bu il oktyabrda İspaniyanın Santiaqo de Kompostela şəhərindəWomex” - Dünya Musiqisi Sərgisində iştirak etdi. İlin son ayında isə ən çox fidan balaları sevindirən bir musiqi bayramı - Bakıda ilk dəfə “Zima” Uşaq Estrada Musiqisi Festivalı Heydər Əliyev Sarayında paytaxt sakinləri ilə görüşə gəldi.

  

   Lalə Azəri

Mədəniyyət.-2016.-30 dekabr.-S.8.