2016-cı il teatrlar üçün necə yadda qaldı?

 

Deyirlər ki, çox olanda vaxtın necə keçdiyini hiss etmirsən. Bir də görürsən ki, ay dolanıb, il başa gəlib. Azərbaycanın teatr ictimaiyyəti təsdiq edər ki, 2016-cı il onlar üçün böyük sürətlə keçdi. Ötən dövrə bir neçə istiqamətdən yekun vurmaq olar: premyeralar, festival və müsabiqələr, birkonfranslar, beynəlxalq əlaqələr və layihələr.

Repertuarın bəzəyi premyeradır

2016-cı il premyera baxımından teatrlarımız üçün zəngin olub. Başlayaq elə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından. Sənət ocağında bir neçə yeni tamaşa hazırlandı ki, onlardan ikisinin üzərində dayanmağa dəyər. Əslində, Mirzə Cəlilin Ölüləri ilə Qoqolun Müfəttişi Azərbaycan səhnəsi üçün yeni deyil. Üstəlik, məşhur quruluşlardan, rola öz möhürünü vurmuş tanınmış ifaçılardan sonra teatrı sevən hər kəsin az qala əzbər bildiyi əsərlərə müraciət etmək təkcə cəsarət yox, həm də kreativlik istəyir. Ölülərə teatrın yeni rəhbəri və baş rejissoru Azərpaşa Nemət, Müfəttişə cavan rejissor Mikayıl Mikayılov quruluş vermişdi. Teatr tənqidi birinci tamaşanı daha çox kütləvi səhnələrin işlənməsinə, ikinci dərəcəli rolların dolğunluğuna görə daha çox bəyəndi, ikinci tamaşa isə baş rolun ifaçısı - Əməkdar artist Elşən Cəbrayılovun Xlestakovu ilə seçildi. Yeri gəlmişkən, ikinci tamaşa barədə Rusiya mətbuatında dərc olunmuş yazıdan sonra sosial şəbəkələrdə rus aktyorları E.Cəbrayılovu Qoqol qəhrəmanları aləminə xoş gəldin, azərbaycanlı Xlestakov! deyə təbrik etmişdilər.

Opera balet teatrlarında yeni tamaşalar az-az qoyulur. Bununla belə, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı 2016-cı ili premyeralarsız başa vurmadı. Françeska da Rimini Qaraca qız baletləri yeni quruluşda teatrın repertuarında özünə yer qazandı. Ramiz Mustafayevin Vaqif operası da yeni musiqi redaksiyası quruluşda təqdim edildi. Digər tərəfdən, klassik musiqisevərlər Əməkdar artist Fərid Əliyevin simasında Balaş (F.Əmirov, Sevil) Koroğlu (Ü.Hacıbəyli, Koroğlu) qazandı, əməkdar artistlər İlahə Əfəndiyeva eyniadlı operada Sevil, Cahangir Qurbanov Həsən xan gənc solist Taleh Yəhyayev Ehsan paşa (Koroğlu operası) uğurlu debütləri ilə yadda qaldılar.

Bu il Musiqili Teatr da bir neçə yeni tamaşanı təqdim etdi: "Baladadaşın toy hamamı", "999-cu gecə", uşaqlar üçün "Meşə çaqqalsız olmaz". Amma kollektiv mövsümün daha böyük maraqla gözlənilən iki tamaşasını Yeni ilə saxlayıb. Yanvarın 11-də rus bölməsi "Silva" operettasını yeni quruluşda oynayacaq. "Molla Nəsrəddinin beş arvadı" isə bir qədər gözləməli olacağıq.

Gənc Tamaşaçılar Teatrı ölkənin ən məhsuldar teatr kollektivlərindəndir. Kollektivin builki bütün yeniliklərini üstələyən Leyli Məcnun tamaşasını xüsusi vurğulamaq istərdik. Düzdür, hələlik tamaşa cəmi bir dəfə oynanılıb, teatrsevərlər hələ ikinci heyəti səhnədə görməyib, amma görənlərin təəssüratı, gözləyənlərin marağı belə düşünməyə haqq verir ki, Əməkdar artist Nicat Kazımovun Məhəmməd Füzulinin Leyli Məcnun poeması əsasında hazırladığı tamaşa repertuarın bəzəyinə çevrilməkdə iddialıdır.

S.Vurğun adına Rus Dram Teatrının tamaşa siyasətini belə müəyyən etmək olar: kassa üçün düşünən beyinlər üçün. Əgər builki premyeralardan Afina axşamları, Xalam-bundu, Bliss ailəsi, Kazanova: sevgi dərsləri kassanı doldurmaq, tamaşaçıya birmənalı olaraq istirahət bəxş etmək üçündürsə, Artistin taleyi Əli Nino baxıb düşünmək üçündür. Hərçənd nəzərə alsaq ki, Kazanova... Xalq artisti Fəxrəddin Manafovun səhnəyə möhtəşəm qayıdışı, Əli Nino isə Qurban Səidin ətrafındakı mübahisələrin hələ kəsilmədiyi eyniadlı romanı əsasındadır, o zaman bu tamaşaları hər iki siyahıya daxil etmək olar.

Yubiley ilini yaşayan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bir neçə maraqlı tamaşa təqdim etdi. Böyüklər üçün "Zəng" "Unudulmuş kukla", uşaqlar üçün tam milli təməlli, həm mahnılarını məşhur müğənnilərin oxuduqları "Qırmızıpapaq" teatralların sevimli tamaşaları cərgəsində möhkəmlənməkdədir.

Bizcə, "Yuğ" Dövlət Teatrında ötən mövsümün son premyerası olmuş "Medeya. Sekvensiya 001" tamaşası da yaxın aylarda beynəlxalq festivallarda görünməyə başlayacaq.

Paytaxtdan danışıb, bölgə teatrlarını unutmaq olmaz. S.Rəhman adına Şəki Dövlət Dram Teatrının "Vaqif" tamaşası Səməd Vurğunun eyniadlı dramı əsasında hazırlanmış, əsərə tamam fərqli baxışdan yanaşma kimi ilin ən maraqlı səhnə əsərlərindən biri oldu.

Festivallar müsabiqələr

2016-cı ildə teatrlarımız ən müxtəlif beynəlxalq festivallarda iştirak etdilər. Aralarında müsabiqə proqramı olanlar da oldu, ya da sadəcə, teatr bayramı niyyəti ilə düzənlənənlər . Gənc Tamaşaçılar Teatrının "Kontrabas" mono-tamaşasını (ifaçı - Əməkdar artist Şövqü Hüseynov) Kukla Teatrının " qara" tamaşasını artıq festivallar çempionu hesab etmək olar. Bu il Azərbaycan teatrları müxtəlif festivallarda çıxış etdilər. Həmin festivalların əksəriyyətinin məkanı Türkiyə, İran, Gürcüstan Rusiya olsa da, hər halda yaxın qonşularımızın teatrsevər ölkələr olduqlarını nəzərə alsaq, bu, pis göstərici deyil. Bu il Afina, Vilnüs, Kişineu, Tehran da Azərbaycan teatrını alqışladı.

Azərbaycan özü isə artıq ikinci dəfə "Üç məkan" Beynəlxalq Şəki Teatr Festivalına ev sahibliyi etdi. Sentyabrda Şəkidə Mingəçevirdə baş tutan festivalda İran, BƏƏ, Rusiya, Ukrayna Gürcüstandan gəlmiş maraqlı kollektivlər çıxış etdilər. Ölkəmiz bu festivalda 5 teatr kollektivi ilə təmsil olunurdu. "Ev yiyəsi qonaq" tamaşası ilə S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı "Üç məkan"ın favorit iştirakçısı adına layiq idi.

Sentyabr ayında elə Şəkidəcə TÜRKSOY üzvü olan ölkələrin teatr direktorlarının növbəti müşavirəsi keçirildi.

O ki qaldı müsabiqələrə, bu il Azərbaycan ilk dəfə Qəmər Almaszadə adına V Bakı Beynəlxalq Klassik Milli Rəqs Müsabiqəsinə ev sahibliyi etdi. Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Aytən Həsənova Rusiyada musiqili teatr artistlərinin beynəlxalq yarışmasında fərqləndi. Kukla Teatrının nəzdindəki Oyuq uşaq studiyasının üzvləri Sankt-Peterburq yarışmasından mükafatla döndü.

Qastrollar, beynəlxalq əlaqələr

Azərbaycan teatrları ayrı-ayrı teatr xadimləri beynəlxalq mədəni münasibətlərin qurulmasına öz töhfəsini verməkdədirlər. May ayında Gənc Tamaşaçılar Teatrı ilk dəfə Böyük Britaniyada çıxış etdi. Teatrın rejissoru Nicat Kazımov Moldovada, Qaqauz Milli Teatrında Əziz Nesinin Öldür məni, can-ciyər əsərinə quruluş verdi. GTT-nin bir neçə ildən bəri yaradıcılıq münasibəti qurduğu B.Basanqov adına Kalmık Milli Dram Teatrı ilə işgüzar əlaqələri bir qədər möhkəmləndi.

Dövlət Musiqili Teatrında bizim ABŞ artistlərinin iştirakı ilə məşhur Brodvey şousu baş tutdu.

Qastrol demişkən, noyabrda Rusiyanın V.Mayakovski adına Moskva Akademik Teatrının Bakıda oynadığı tamaşaları görməzdən gələ bilmərik. Teatr Rusiya Mədəniyyət Nazirliyinin Böyük qastrollar layihəsi çərçivəsində paytaxtımızda iki tamaşa - N.V.Qoqolun Evlənməsini M.İvaşkyaviçusun Rus romanı göstərdi. Azərbaycan tamaşaçısı ekrandan sevdiyi Svetlana Nemolyayeva, İqor Kostolevski, Yevgeniya Simonova kimi sənətkarları səhnədən canlı seyr edə bildi.

Bu da dördüncü...

2010-cu ildə təməli qoyulan Bakı Beynəlxalq Teatr Konfransı bu ilin noyabr ayında dördüncü dəfə baş tutdu. Multikulturalizmteatr mövzusuna həsr olunmuş IV Bakı Beynəlxalq Teatr Konfransı həm də bu il ölkəmizdə elan olunan Multikulturalizm ilinə teatr sənətinin töhfəsi idi. Teatr forumunda 39 ölkənin 150 nəfərədək teatr xadimi iştirak etdi. Konfrans qəzetimizin səhifələrində geniş işıqlandırıldığı üçün təfərrüata varmırıq. Sadəcə, onu bildirmək istəyirik ki, konfransın iclaslarında, forum günlərində keçirilən treninqlərin, görüşlərin təəssüratları barədə qeydlər və təşəkkür məktubları hələ də təşkilat komitəsinin poçtuna daxil olmaqdadır.

* * *

Fəal çalışmaq, zəhmətinin nəticəsini görmək həmişə xoşdur. Üzümüzə gələn ildən də gözləntilərimiz səs salan tamaşalar, bol sənət uğurlarıdır!

G.Mirməmməd

Mədəniyyət.-2016.-30 dekabr.-S.10.