“Sırğa olsun

 

Gənclərin konseptual incəsənət sərgisi

 

İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sırğa olsunkonseptual incəsənət sərgisinin açılışı olub.

 

Qeyd edək ki, bu balaca məkanda sərgilənən əsərlərə baxmaq üçün çoxlu sənətsevər gəlmişdi. Əsasən gənclərdən ibarət rəssam və heykəltəraşlar müxtəlif janr, texnikalardakı əsərlərini tamaşaçılara təqdim edirdilər.

Onlar təşkilatçıların “Sırğa olsun” layihəsinə uyğun yaratdıqları əsərləri çağımızın tələbi və zövqü kimi sənətsevərlərin mühakiməsinə vermişdilər. Sərginin məqsədi də elə budur: konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq.

Layihənin adına gəlincə, bu, xalq məsəlindən götürülüb. Rəssam və heykəltəraşlara “qulağında sırğa olsun” deyiminə yaradıcı şəkildə yanaşmaq təklif olunub. Onlar da mövzuya uyğun olaraq rəngkarlıq, qrafika, heykəltəraşlıq və başqa çağdaş vasitələrindən yararlanmaqla özlərini ifadə etməyə çalışıblar.

Sərgidə düşündürücü, diqqətçəkən əsərlər çox idi. Gənc rəssamlar Vüsalə Ağarazıyevanın “Hörmət”, Ceyhun AbdullayevinYuxu”, Aytən Əliyevanın “Xalça”, Leyla Nəsibovanın “Qədim zərgərlik”, Zərnişan YusifinQobustan”, Ləman Məmmədovanın “Atalıq”, “Söz”, Kəmalə Musayevanın “Nəsihət”, Nərmin Abdullayevanın “Milli irsimiz”, “Bakı”, “İrs”, Günel Ravilovanın “Səslər” əsərləri özəlliklə diqqəti çəkirdi.

Ləman Məmmədova özününSöz” əsərinin anlamını belə izah edir: “Deyirlər, söz ağızdan çıxdı, sənin deyil. Ona görə, fikrimcə, söz ağır, tutumlu varlıqdır. Ağız açıldığı zaman söz yüngülləşir. Əsərdə bunu təsvir etməyə çalışmışam”.

Günel Ravilova: “Səslər” əsərimin mahiyyəti ondan ibarətdir ki, biz tez-tez dedi-qodular, kiminsə haqqında sirlər eşidirik. Di gəl ki, hamı başqasından eşitdiyini özündə saxlaya bilmir, o birisinə çatdırır. Ona görə yalnız ağzımızı yox, həm də qulağımızı qıfıllamaq gərəkdir. Əsərdə bir-birinin qulağına pıçıldayan və başqalarına danışmayacaqlarından əmin olan iki insanbirbunun rəmzi olan qıfıl təsvir edilib”.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 12.