Qazax kitabxanasında yubiley tədbirləri

 

Yanvarın 28-də Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında yazıçı, ictimai xadim İsmayıl bəy Qutqaşınlının (1806-1861) anadan olmasının 210 illiyinə həsr olunmuş tədbir keçirilib.

MKS-nin direktoru Solmaz Babanlı, multimedia resursları üzrə mütəxəssis Rufina Namazova, metodikabiblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova çıxış ediblər. Bildirilib ki, 30 ildən artıq rus ordusunda xidmət edən İsmayıl bəy geniş dünyagörüşünə malik olub, ərəb, fars, rus və fransız dillərini səlis bilib, Q.Zakir, M.F.Axundzadə, A.Bakıxanov və başqa ziyalı ədiblərlə dostluq edib. Azərbaycan xalq dastanları və klassik Şərq poemalarının təsiri ilə yazdığı “Rəşid bəy və Səadət xanım” adlı hekayəsi 1935-ci ildə Varşavada fransız dilində nəşr olunub. Müəllifin dərin müşahidə qabiliyyətini, tarixi, coğrafietnoqrafik biliyini əks etdirən “Səfərnamə” avtobioqrafik əsəri isə 1852-ci ildə Məkkə ziyarəti zamanı qələmə alınıb.

 

* * *

Yanvarın 27-də kitabxanada keçirilən “Tarixi həqiqətlərin fundamental tədqiqatçısı” adlı daha tədbir isə görkəmli tarixçi alim Sara Aşurbəylinin (1906-2001) 110 illiyinə həsr olunub. Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Sədaqət Qasımova Sara Aşurbəylinin Azərbaycan tarixşünaslığına töhfələrindən söz açıb. SondaTariximiz - şərəfimiz: Sara Aşurbəyli - 110” başlıqlı sərgiyə baxış olub.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 11.