Elmi-metodik mərkəzlərin əməkdaşlığı müzakirə olunub

 

2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək. Bu məsələ Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyevin görüşündə müzakirə olunub.

Elmi-metodik mərkəzlər arasında "Multikulturalizm ənənələrinin inkişafında mədəniyyət müəssisələrinin rolu" adlı silsilə tədbirlərin keçirilməsinə dair razılıq əldə olunub. Eyni zamanda Naxçıvanda fəaliyyət göstərən mədəniyyət müəssisələrinə sözügedən istiqamətdə əməli köməklik göstərilməsi imkanları haqqında fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə iki qurum arasında əməkdaşlıq memorandumunun imzalanmasının zəruriliyi qeyd olunub..

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 11.