Goranboyda hərbçi-rəssamın sərgisi

 

Yanvarın 29-da Goranboy Dövlət Rəsm Qalereyasında hərbçi-rəssam Nahid Tağıyevin "Həyat kitabımdan səhifələr" adlı fərdi sərgisinin açılışı olub. Qalereyanın fond mühafizi İlhamə Məmmədovanın qəzetimizə verdiyi məlumata görə, sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş olunur.

Müəllifin yaşadıqlarını, həyata baxışını, insani duyğularını əks etdirən rəsmlər yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sərgi fevralın 3-ə qədər davam edəcək.

Nahid Tağıyev 1974-cü ildə Goranboy rayonunun Rəhimli kəndində anadan olub. Ali hərbi təhsil alıb, hazırda Azərbaycan ordusunun zabitidir.

Soltan

 

Mədəniyyət.- 2016.- 3  fevral.- S. 11.