Gəlmə Turizm Komitəsinə üzvlər seçilib

 

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və AZTA - Gəlmə Turizm Komitəsinin rəhbəri Murad Kərəmovun iştirakı ilə gəlmə turizmlə məşğul olan 22 şirkətin rəhbərləri və şirkət nümayəndəlikləri arasında görüş keçirilib. Görüşdə “Böhran dövründə gəlmə (incoming) turizm sektorunda mövcud problemlər, həll yolları və bu dövrdə AZTA-dan gözləntilər” mövzusunda müzakirələr aparılıb, həmçinin Rusiya turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində AZTA-nın təklif etdiyi tədbirlər planı müzakirə olunub.

Rusiya turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində “Victory Tour”, “A La Carte Travel” və digər şirkətlər öz təcrübələrini bölüşüb və komitənin növbəti görüşündə Rusiya turizm şirkətlərinə təklif olunacaq tur məhsullarını müzakirəyə çıxarılması haqqında razılıq əldə edilib.

Həmçinin yeni yaradılmış Gəlmə Turizm Komitəsinin aktiv üzvlərinin seçkisi keçirilib. Görüşdə iştirak edən 22 şirkətin qatıldığı səsvermədə ən çox səs toplayan 5 turizm şirkəti komitənin aktiv üzvləri seçilib.

Bunlar “Victory Tour”, “A La Carte Travel”, “Millenium Tourism”, “Greenwich Travel Club” Gilan Tourism” şirkətləridir.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 9.