Musiqi təhsili sahəsində çoxillik fəaliyyətinə görə

 

Nəriman Quliyev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb

 

40 ildən çox mədəniyyət və musiqi təhsili sahəsində xidmət göstərmiş Nəriman Ağadədə oğlu Quliyev Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına və pul mükafatına layiq görülüb.

Nəriman Quliyev 39 il Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb və 2015-ci ilin noyabrında yaş həddi ilə əlaqədar əmək fəaliyyətini başa vurub. Fəaliyyəti dövründə çalışqanlığı, təşkilatçılığı ilə seçilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaq və yeniyetmələrdə bədii-estetik zövqün formalaşması, istedadlı gənclərin üzə çıxarılması, yaradıcılıq imkanlarının inkişaf etdirilməsi yolunda səylərini əsirgəməyib. 1991-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 7.