Binəqədidə bayram tədbiri

 

Fevralın 1-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət Evində Gənclər Günü münasibətilə "Gəncliyin səsi" adlı tədbir keçirilib. Tədbirdə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, qəsəbə ağsaqqalları, məktəblilər, N saylı hərbi hissənin əsgər və zabit heyəti iştirak edib.

Mədəniyyət evinin direktoru Z.Abbasova iştirakçıları salamlayaraq dövlətimizin gənclərə diqqət və qayğısından söz açıb.

Tədbirin musiqili hissəsində “Pöhrə” və “Qönçə” ansambllarının üzvləri və solistlər rəqs və musiqi nömrələri ilə çıxış ediblər.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 6.