Təşəbbüskar gənclər ölkənin gələcəyidir

 

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Mərkəzin direktoru Asif Usubəliyev tədbirdə çıxış edərək dövlətimizin gənclərlə bağlı siyasətindən danışıb, əlamətdar günün tarixindən söz açıb. Qeyd olunub ki, Gənclər Günü 1997-ci il Prezident Heydər Əliyevin sərəncamı ilə MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda təsis edilib. Bildirilib ki, bu gün gənclərə geniş fəaliyyət imkanları yaradılır, çünki təşəbbüskar və güclü təfəkkürə malik gənclər ölkənin və xalqın gələcəyidir.

Tədbirdə mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev, qurumun gənc əməkdaşları Cəlal Həziyev, Aytən MuradovaAynur Həsənova gənclərə olan dövlət dəstəyindən danışıblar.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 5.