Karikaturaçımız
final mərhələsində
Türkiyənin İstanbul şəhərində ənənəvi olaraq keçirilən 7-ci Beynəlxalq Turizm Karikaturaları Yarışmasında finala çıxan əsərlər məlum olub.
Müxtəlif ölkələrdən karikaturaçıların qatıldığı yarışmada 123 əsər final mərhələsinə keçib. Onların içərisində qəzetimizin əməkdaşı, tanınmış karikaturaçı-rəssam Soltan Soltanlının da əsəri var.
10 gün içərisində finala çıxan əsərlər arasından mükafatçılar müəyyənləşəcək. Yarışmada üç əsas və iki əlavə mükafat nəzərdə tutulub. Finala çıxan əsərlər sərgilənəcək və kataloqa daxil ediləcək.
Qeyd edək ki,
S.Soltanlı beynəlxalq karikatura
müsabiqə, festival və sərgilərinin
qalibi və
mükafatçısıdır. Əsərləri Azərbaycanda
və xaricdə sərgilənib.
Mədəniyyət.- 2016.- 3
fevral.- S. 5.