İsmayıllıda musiqili sərgi keçirilib

 

Yanvarın 30-da İsmayıllıdakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 10 illiyi ilə əlaqədar rayon Mədəniyyət və Turizm Şöbəsi və rayon “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin təşəbbüsü ilə tədbir keçirilib.

Tədbirdə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan muğamı, tar ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənəti, kəlağayı sənəti, habelə rəsm əsərləri, əl işləri, turizmlə bağlı videoçarx və müxtəlif rəngarəng musiqi nömrələri nümayiş etdirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra başçısı mədəniyyət işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rayon tədbirlərində fəal iştirak etmiş bir qrup gənc mədəniyyət işçisi fəxri fərmanla təltif olunub.

 

Mədəniyyət.-  2016.- 3 fevral.- S. 5.