Bəstəkar Mobil Babayevin yubiley gecəsi keçirilib

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə yanvarın 29-da Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayevin anadan olmasının 70 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.

 

Yubiley gecəsini Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova açaraq bəstəkarın həyat yaradıcılığından danışdı. Bildirdi ki, Mobil Babayev 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Bülbül adına orta ixtisas musiqi məktəbini Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında musiqi redaktoru, baş redaktor işləyib.

Bəstəkar simfonik orkestr üçün əsərlərin, lirik mahnıların müəllifidir. Zeynal Vəfanın sözlərinə yazdığı "Vəfalı dost" mahnısı 1974-cü ildə "Vilnüs qalaları" (Litva) beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb. Mobil Babayev həmçinin onlarla bədii, sənədli animasiya filmi üçün musiqilər yazıb. Çıxışdan sonra tədbirin bədii hissəsi başladı.

Xalq artisti, dirijor Fəxrəddin Kərimovun bədii rəhbərliyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bəstəkarın 12 not. Dünən Bu gün simfonik poemasını, 5 saylı Qarabağ simfoniyasını, Ölüm qara qarışqadı s. əsərlərini ifa etdi. Solistlər Tural Qasımlı (piano), Vaxtanq İmanov (viola), Xalq artisti Azər Zeynalov (vokal) idi.

Konsertin ikinci hissəsində Azərbaycan Dövlət Simfonik Orkestri Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası (solistlər Xalq artisti Samir Cəfərov, Əməkdar artist Fərqanə Qasımova qiraətçi, Əməkdar artist Azad Şükürov) Mobil Babayevin 20 Yanvar faciəsinə həsr olunan Ağlama torpağım, ağlama (sözləri Nüsrət Kəsəmənlinindir) oratoriyasını mahnıları ifa etdi.

 

Savalan Fərəcov.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 4.