Xalq artisti Rafael Dadaşov mükafatlandırılıb

 

Xalq artisti Rafael Dadaşov 70 illik yubileyi münasibətilə teatr kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Görkəmli aktyor, Prezident təqaüdçüsü Rafael Məlik oğlu Dadaşov ömrünün 40 ildən artıq dövrünü sənətə həsr edib. O, 1946-cı il yanvarın 4-də anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrın səhnəsində Klavdi "Hamlet" (Uilyam Şekspir), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Knyaz Xasay "Xurşudbanu Natəvan" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Camal "Nişanlı qız" (Sabit Rəhman), Tesey "Fedra" (Jan Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid) s. onlarla başqa tamaşada maraqlı obrazlar yaradıb.

Aktyorun televiziya tamaşalarında (Anar - "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoni - "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanov - "Səni axtarıram" "Bağışla" (Vasif müəllim), Hüseyn Cavid - "Topal Teymur" (Orxan), İslam Səfərli - "Göz həkimi" (Rauf) s.), filmlərdə ("Bəxt üzüyü", "Mənim şəhərim", “Dantenin yubileyi s.) oynadığı rollar da geniş tamaşaçı rəğbəti qazanıb.

Rafael Dadaşov 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, bu ay Milli Dram Teatrında aktyorun 70 illiyi qeyd ediləcək. Yubiley münasibətilə Rafael Dadaşovun iştirakı ilə N.Qoqolun “Müfəttiş” əsərinin tamaşası nümayiş olunacaq.

 

Mədəniyyət.-  2016.- 3 fevral.- S. 4.