Yarım əsrdən çox səhnədə

 

Rus Dram Teatrının aktrisası 70 illiyi münasibətilə təltif edilib

 

Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Yevgeniya Stepanovna Nevmerjitskaya 70 illik yubileyi münasibətilə və teatr sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Həyatının 50 ildən çoxunu səhnəyə, sənətə həsr edən Yevgeniya Nevmerjitskaya Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) dramkino aktyorluğu fakültəsini bitirib. 1963-cü ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Bu illər ərzində teatrın səhnəsində 70-dən artıq rol oynayıb, xarakterik qadın rollarının ifaçısı kimi tanınıb.

Aktrisa 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb, 2006-cı ildən Prezident təqaüdçüsüdür. 2016-cı il yanvarın 17-də aktrisanın 70 illiyi çalışdığı doğma teatrda yubiley tamaşası ilə qeyd edilib. Həmin gün P.QladilininAfina axşamları” tamaşasının premyerasında səhnəyə çıxan aktrisanın oyunu alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 4.