Şanxay, Bakı” filmi Tampere festivalında

 

Gənc rejissor Teymur Hacıyevin “Şanxay, Bakı” filmi martın 9-dan 13-dək Finlandiyanın Tampere şəhərində keçiriləcək qısametrajlı filmlər festivalının müsabiqə proqramına daxil edilib.

1969-cu ildən keçirilən Tampere festivalı qısametrajlı filmlər üzrə Şimali Avropanın nüfuzlu festivallarından sayılır və Beynəlxalq Kinoprodüserlər Assosiasiyası (FİAPF) tərəfindən qeydə alınıb.

Rejissor Teymur Hacıyevin eksperimental kino layihəsində iki gənci xoşbəxtliyə aparan yol təsvir edilib. Filmdə Əməkdar artist Qurban İsmayılov, aktyorlar Rasim Cəfər, Roza İbadova rol alıb.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.-  3 fevral.- S. 4.