Goranboy Tarix-Diyarşünaslıq Muzeyində yeni eksponatlar

 

Bölgələrimizdə fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri hər il yeni-yeni eksponatlarla zənginləşir, ziyarətçilərinin sayı artır.

Bu yaxınlarda Goranboy Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar daxil olub. Eksponatlar əsasən AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Vaqif Əsədov, elmi işçi Əhliman Əbdürrəhmanov və baş laborant Fərhad Fərmanovun iştirakı ilə rayonun Borsunlu ərazisində aparılan arxeoloji qazıntı işləri nəticəsində əldə edilən tarix yadigarlarıdır.

Son tunc - ilk dəmir dövrünə aid (e.ə. II minilliyin sonu - I minilliyin əvvəli) daş örtüklü kurqanlardan aşkar edilən maddi-mədəniyyət nümunələri iri ölçülü saxsı küp, orta tutumlu dar boğazlı küpə, uzunsov gövdəli dolça, kiçik həcmli bikonik formalı küpə, rəngli pasta muncuq, tunc mildən hazırlanmış gərdənlik və nazik tunc mildən hazırlanmış qolbaqlardan ibarətdir.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 11.