Qusar gəncləri gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər

 

Qusarda Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun fəaliyyət istiqamətləri və rayonda onların iştirakı ilə keçiriləcək tədbirlər müzakirə olunub. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin tabe müəssisələri üzrə 70-ə yaxın gənc iştirak edib.

Tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov və Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış ediblər. Bildirilib ki, regionlarda mədəniyyət müəssisələri tərəfindən göstərilən mədəni xidmətlərin müasirləşdirilməsi üçün bir sıra addımlar atılır. “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupuda məhz bu istiqamətdə səmərəli və çevik koordinasiya işlərinin aparılmasını təmin etmək üçün yaradılıb. Qrup mədəniyyət müəssisələri arasında daha effektiv koordinasiya işlərinin aparılmasına, əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına xidmət edəcək.

Görüşdə gəncləri maraqlandıran məsələlər müzakirə olunub, təkliflər qeydə alınıb. Sonda qrup üzvü olan gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 11.