İspaniya portalı Azərbaycan turizmi haqqında

 

İspaniyanın turizm və səyahətlər mövzusunda ixtisaslaşmış expreso.info portalı Azərbaycanda turizmin inkişafı üçün görülən işlərdən yazıb. Bu sahəyə dövlət tərəfindən xüsusi diqqət göstərildiyini vurğulayan portal qeyd edir ki, Azərbaycanda turizm sektorunun inkişafına sərmayə qoyuluşu artmaqdadır. Məqalədə deyilir ki, son illərdə ölkənin turizm potensialını nümayiş etdirmək üçün keçirilən böyük tədbirlər Odlar yurdu kimi tanınan ölkəyə marağı artırıb.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 9.