Azərbaycan Konqreslər Bürosunun işçi qrup toplantısı keçirilib

 

Ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosunun 2016-ci ildə ilk işçi qrup iclası keçirilib.

Fevralın 2-də keçirilən iclasda “JW Marriott Absheron Baku” və “Hilton Baku” mehmanxanalarının, həmçinin “Improtex Travel”, “ENC Tours” və “Victory Tour” şirkətlərinin idarə heyətinin üzvləri iştirak ediblər.

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Konqreslər Bürosunun işci qrup toplantısında məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər və dünya mehmanxana brendləri arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrinin ahəngləşdirilməsi məsələləri müzakirə olunub. İclasda həmçinin mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər arasında qiymət siyasəti, müqavilə məsələləri, beynəlxalq sərgilərdə iştirak, biznesin inkişafı üzrə yenidaha səmərəli yollars. kimi məsələləri nəzərdən keçirilib.

Gündəmdə olan məsələlərin müzakirə etmək, bu sahədə qarşıya çıxan problem və çətinlikləri vaxtında müəyyən edib həll yolarını tapmaq məqsədilə hər ay belə iclasların təşkil olunması qərara alınıb.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 9.