Mərkəzlər arasında əməkdaşlıq müzakirə olunub

 

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Asif Usubəliyev ilə görüşüb.

Görüş zamanı xalqlar arasında etibarlı münasibətlərin formalaşmasında mədəniyyət amilinin rolunu qeyd edən mərkəzlərin rəhbərləri bu istiqamətdə birgə əməkdaşlığın zəruriliyini bildiriblər. Azərbaycan Prezidentinin qlobal miqyasda multikulturalizm və mədəniyyətlərarası dialoq kimi inteqrativhumanitar dəyərlərin təbliği istiqamətində atdığı addımları xüsusi olaraq dəyərləndirən Misir diplomatı Azərbaycan xalqının bu sahədə böyük ənənələrə malik olduğunu deyib.

Görüşdə iki qurum arasında birgə layihələrin reallaşdırılmasına dair razılıq əldə olunub.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 5.