Gəncə Kukla Teatrında “Pinokkionun sərgüzəştləri”

 

Fevralın 2-də Gəncə Dövlət Kukla Teatrında italyan yazıçısı Karlo KollodininPinokkionun sərgüzəştləri” tamaşasına ilk baxış olub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Xudayət Əsgərovdur. Pinokkio obrazını Elmar Vəliyev, Cepetto ata obrazını Səməd Xanəhmədov ifa edib. Digər rolları isə Əməkdar artist Nağəddin Məmmədov, aktrisa Nahidə Namazova, Yeganə Məmmədova və Nərmin Şərifova canlandırıblar.

Səhnə əsərində canlı aktyor oyunu ilə kukla aktyorların sintezi yaradılıb, rəngarəng işıq effektlərindən və musiqilərdən istifadə edilib.

Tamaşa fevralın 16-da teatrsevərlərə təqdim olunacaq.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 5.