Tərtərdə Gənclər Günü münasibətilə konsert

 

Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan gənclərinin ilk forumunun 20 illiyi və Gənclər Günü münasibətilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Ordu gəncləri böyük qüvvədir” devizi altında ümumrayon tədbiri keçirilib.

Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin xalq kollektivinin və Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin mahnı və rəqs ansamblının iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Xalq kollektivi üzvlərinin və musiqi məktəbi şagirdlərinin ifasında səslənən vətənpərvərlik mahnıları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 2.