Qusarda tanınmış bəstəkarın xatirə gecəsi keçirilib

 

Fevralın 5-də Qusar rayonundakı Heydər Əliyev Mərkəzində tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimovanın xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbrahimxəlilov, uşaq incəsənət məktəbinin direktoru Reyhan Bağışova və Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurrahmanova bəstəkarın sənət yolundan söz açıblar.

Qeyd olunub ki, bəstəkarın yaradıcılığı, əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Elza İbrahimova respublikanın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına layiq görülüb. Qusar şəhərinin küçələrindən birinə Elza İbrahimovanın adı verilib.

Tədbirdə uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın mahnıları ifa olunubonun haqqında sənədli film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 15.